Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ağır yol qəzası: polis xəsarət aldı

803
Paylaş:
Ağır yol qəzası:     polis xəsarət aldı

Dünən saat 23 radələrində Qax rayonunun İlisu kəndi ərazisində polis nəfəri Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, nəticədə hər iki sürücü və “VAZ-2106”-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq, M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər