Son sutka ərzində dünyada koronavirus infeksiyasına 82 minədək insan yoluxub, təxminən 6,5 min nəfər də bu virusun qurbanı olub.
Pravda.az-ın xəbərinə görə, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
18 aprel tarixli statistikaya görə, dünyada 2 330 793 nəfər yeni növ koronavirusa yoluxub, 160 643 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 81 930 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6505 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 060 063 yoluxma və 99 874 ölüm. Sutka ərzində burada yoluxanların sayı 30 849, ölənlərin sayı isə 3646 nəfər artıb.