"Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa elə də oldum".
Pravda.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Həyat tərzi" verilişində deyib.
Sənətçi bildirib ki, səbrsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:
"Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: "Bu bilirsən nədir?" dedilər. Amma məni tanıyan insan "Sən nə yazıq insansan?" söylədi. Səbrsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma".
Əsədovanın sözlərinə görə, uzun illlər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:
"O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.
Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdi. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, "can" deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?