“Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, bədən quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa, elə də oldum”. Bizim.media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu verilişlərin birində deyib.
Sənətçi bildirib ki, səbirsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:
“Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: “Bu bilirsən nədir?”, - dedilər. Amma məni tanıyan insan - “Sən nə yazıq insansan?”, - söylədi. Səbirsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma”.
Əsədovanın sözlərinə görə, uzun illər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:
“O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.
Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdilər. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, “can” deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?
Cismani cəza verirəm özümə. Gözəllik salonuna gedirdim. Orada da xaricdən gətirilən mallar gətirilib satılırdı. Bu həm geyim, həm də ərzaq malları idi. Həmin müğənnilərdən biri demişdi ki, bunun başını geyimlərlə qarışdırın, mahnı yazdırmasın, səhnəyə də çıxmaq yadından çıxsın”.