Baş Prokurorluq mayın 24-də Siyəzən şəhərində 7 yaşlı oğlanın müəmmalı şəkildə ölməsi ilə bağlı açıqlama verib.
Pravda.az xəbər verir ki, Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2016-cı il təvəllüdlü Məhəmməd Eyvazlının ölməsinə dair Siyəzən rayon prokurorluğunda araşdırma aparılır: “İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”.