BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fond pulu”nun yığılması yasaqlandı

Qırğız Respublikasının Prezidenti Sadır Japarov məktəblərdə valideynlərdən pul yığılması və bunun üçün ictimai fondun yaradılmasını yasaqlayan fərman imzalayıb.

 

Müvafiq sənəd Qırğızıstan Prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.

 

“Pedaqoji işçilər və inzibati heyətə maliyyə məsələlərinə baxılarkən şagirdlərin valideynlərindən pul yığmaq, qəyyumlar şuralarının və valideyn komitələrinin işində iştirak etmək qadağandır”, - fərmanda qeyd olunub.

 

Sənəddə nəql edilib ki, dövlət təhsil təşkilatlarına ehtiyac duyulan məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait Qırğızıstanın dövlət büdcəsindən ayrılmalıdır./Report

Tarix: 26 May 2023, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin