BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərxoş halda atasını döyüb öldürən şəxsdən xəbər var

Bakıda atasının ölümündə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses iyunun 6-na təyin edilib.

 

İş hakim Samir Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Bu il yanvarın 8-də saat 20 radələrində İbrahimov Azər İbrahim oğlu orta dərəcəli sərxoşluq vəziyyətində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evdə atası İbrahimli İbrahim Mirzə oğlu ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə onun bədəninin və başının müxtəlif nahiyələrindən vuraraq qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib.

 

İbrahimli İbrahim Mirzə oğlu yanvarın 12-də müalicə aldığı tibb müəssisəsində ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 27 May 2023, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin