Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuzda 75 yaşlı kişinin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır
Tovuz rayon prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.