Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları doldu

1 219
Paylaş:
Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları doldu

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri də davam etdirilir.

Paylaş:

Ən son xəbərlər