İnsan övladına hər yeni gün yeni başlanğıclara imza atmaq üçün şans kimi verilir. Bəziləri gününü öncədən təyin edə bilmək üçün ulduzlara müraciət edir.
Həftə sonuna olan ulduz falını təqdim edirik:
Qoç
21 mart - 19 aprelBu gün şüuraltınızın dərinliklərində real olmayan ümidlərinizi həyata keçirəcək qədər güclü bir qüvvə oyana bilər. Əgər ondan dinc məqsədlər üçün istifadə etməyi bacarsanız şans sizinlə olacaq.
Buğa
20 aprel - 20 may
Bu gün faydalı bir şey etməkdənsə zövqlü bir şey edin. Həm faydalı, həm maraqlı olanı birləşdirmək vaxt itkisidir.
Əkizlər
21 may - 20 iyun
Bu gün unudulmuş bir şeyi yenidən kəşf edəcəksiniz. Ola bilsin ki, bu, illər əvvəl itirdiyiniz növ şey olacaq, bəlkə də içinizdə çoxdan solmuş bir hiss oyana bilər.
Xərçəng
21 iyun - 22 iyulBu gün siz o qədər emosional ola bilərsiniz ki, sizə yaxın olmaq zəlzələnin episentrində olmağa bərabər olacaq. Ehtiyatlı olun, insanları incidə bilərsiniz.
Şir
23 iyul - 22 avqust
Bu gün yöndəmsiz vəziyyətə düşmək ehtimalı yüksəkdir.
Qız bürcü
23 avqust - 22 sentyabr
Yapışdığınız budaq qırılırsa ağac boyunca daha da qalxmayın. Nəinki məqsədinizə çata bilməyəcəksiniz, həm də özünüzə zərər verəcəksiniz.