Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Messi Avropanın “Top-5” liqasındakı qollarının sayına görə Ronaldunu qabaqlayıb

1 108
Paylaş:
Messi Avropanın “Top-5” liqasındakı qollarının sayına görə Ronaldunu qabaqlayıb

Fransanın PSJ futbol komandasının hücumçusu Lionel Messi Avropanın “Top-5” liqasında qolların sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu qabaqlayıb.

Messi Fransa çempionatının XXXVII turunun "Strasburq"la matçında qol vurub.

Argentinalı bununla da Avropanın “Top-5” liqasında 496-cı qolunu vurub. O, bu göstəriciyə görə aktivində 495 qolu olan Kriştianu Ronaldunu qabaqlayıb.

Messi bu mövsüm ümumilikdə 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

Qeyd edək ki, PSJ – “Strasburq” görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb./Report

Paylaş:

Ən son xəbərlər