Mayın 27-də bir sıra Türkiyə KİV-ləri İstanbulda Azərbaycanlı reperin həbs olunması barədə məlumat yayıb. Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, həbs olunan şəxs İran vətəndaşıdır.
İstanbul polisinin Narkotiklərlə Mübarizə Şöbəsi iranlı reper Asiya Əlizadəni Ataşahir səmtindəki iqamətgahında yaxalayıb. O, çəkdiyi videolarda narkotikdən istifadəni təşviq etmək ittihamı ilə tutulub.