Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində küçədə baş verib.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək sonuncunu qətlə yetirib.
Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.