Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Seçki sanqılarının 90 faizdən çoxu açılıb: Ərdoğan liderlik edir - YENİLƏNDİ - 2

1 155
Paylaş:
Seçki sanqılarının 90 faizdən çoxu açılıb:       Ərdoğan liderlik edir - YENİLƏNDİ - 2

Türkiyədə prezident seçkilərində səslərin hesablanması başlanandan indiyədək seçki sandıqlarının 92,96 faizi açılıb.


Pravda.az xəbər verir ki, sanıqların 92,96%-nin açılması zamanı respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 52,50% səslə öndədir.


Kamal Kılıçdaroğlu 47,50 faiz səs toplayıb.


Qeyd edək ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.


Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.

***

20:19

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.


"Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.

***

19:45

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 66,7 faizi açılıb.

İlkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,78%-nin (18,335,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,22%-nin (15,133,628) səsini qazanıb.

Paylaş:

Ən son xəbərlər