BURADA REKLAMINIZ OLA
BİLƏR

Asfalt-beton zavodunun rəisi cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.

 

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Araşdırma zamanı “45-li Yol İstismarı” MMC–yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

 

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

 

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

Tarix: 29 May 2023, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin