Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.