Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Pravda.az-ın xəbər verir ki ölĺkənin Milli polis komissarı Brend Lakinin sözlərinə görə, istintaq davam edir və polis tərəfindən cinayətin digər qurbanlarının müəyyənləşdiriləcəyi istisna edilmir.

Qeyd edilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat 12 saat davam edib. Tərəflər arasında atışmada bir polis ölüb, digəri isə yaralanıb. Atışma zamanı cinayətkarın da öldürüldüyü bildirilib.