Tanınmış aktrisa Sonaxanım Əliyevanın kişilər haqda fikirləri müzakirələrə səbəb olub. Sənətçi çalışdığı bu illər ərzində tanımadığı kişilər tərəfindən müxtəlif təkliflər aldığını bildirib.
Ümumiyyətlə, tez-tez biz məşhurların kişilərdən gileyləndiyinin şahidi oluruq. Onlar deyirlər ki, hətta evli, yaşlı-başlı kişilərdən də müxtəlif təkliflər, hədiyyələr alırlar.
Bəs görəsən, buna səbəb qadınlarının özlərinin davranışıdır, yoxsa Azərbaycan kişiləri şorgözdür?
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı-pulbisist Xeyrəddin Qoca yaşlı kişilərin bu cür addımlar atmasını tərbiyəsizlik adlandırıb:
“Görünür, bizdə qadınlar gözəldirlər, kişilər də gözəllik "vurğunudurlar"! İndi dırnaq arasına aldığım sözün mənalarını açıqlayacağam. "Gözəllik" və "vurğunluq" gəncliyə xas olan xüsusiyyətlərdir və bu təbii hesab olunur. Bir də var, düşük "kişilərin" harada qadın, qız görsələr, çevrilib baxmalarına, bəzən onlara söz atmalarına, bu tərbiyəsizlikdir, bir az da namussuzluqdur! Həmin "kişilər" təsəvvür etsinlər ki, onların ailəsinə, analarına, bacılarıına pis gözlə baxırlar! Yəqin, xoşlarına gəlməz! Məsələ burasındadır ki, kişi qadına baxar, amma ana, bacı gözü ilə! "Kaş mənim belə ləyaqətli bacım ola, həyat yoldaşım ola" qibtəsi ilə baxar. Yoxsa, bizim çoxluq təşkil edən "kişilər" kimi yox!”