Bakıda fəaliyyət göstərən "The Cheese” restoranı barəsində inzibati iş başlanıb.
Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, restoran İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq) ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.