30 may tarixində UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.
XİN-dən bildirilib ki, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.