Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Silahlı insident nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı

1 232
Paylaş:
Silahlı insident nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı

Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə CBC NEWS məlumat yayıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.

Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.

Paylaş:

Ən son xəbərlər