Dərbənd rayonunun Rubas kəndinin başçısı Hacıqurban Bayrambəyov küçənin ortasında insanların gözü qarşısında qətlə yetirilib.
O, nahar vaxtı administrasiyadan çıxanda güllələnib. Sosial şəbəkələrdə cinayətin baş verdiyi anın görüntülər yayılıb.
Bayrambəyovun qətlini törədən Sadiq Taibov saxlanılıb. Onun özü polis əməkdaşlarına zəng vuraraq cinayətini etiraf edib.