Faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 31-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.