Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.
İlkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb./APA
***
19:21
Göyçayda hazırda şiddətli hava şəraiti qeydə alınır.
Hazırda rayonda güclü küləklə yağış müşahidə olunur. Qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.
İlkin məlumatlara görə bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb./APA