Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN: Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir

644
Paylaş:
DİN: Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, - deyə polis kapitanı qeyd edib.

Paylaş:

Ən son xəbərlər