Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

1 172
Paylaş:
Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb. Bu barədə bloqer Aysel Şükür paylaşım edib.

Paylaşımda bildirilir ki, “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Paylaş:

Ən son xəbərlər