2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən bir il işgəncələrə və şiddətə məruz qalması ölkə gündəmini silkələyib. Cütlük arasında baş verən qalmaqallı olaya aktrisa Pərvin Abıyeva münasibət bildirib.
Pravda.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında canlı yayım açaraq Ziyanın Raziyə dəfələrlə əl qaldıraraq şiddətli şəkildə döyməsi faktını pisləyib.
"Bu bir il ərzində Ziya Razinin telefonundan götürdüyü çılpaq şəkillərlə, videolarla və bir-birinə atdığı fotolarla başlayıb şantaj etməyə. Razidə "cəhənnəm olsun" deyib, Ziyanın yanından qaçıb gedir. Burada "Biri vardı, biri yoxdur" söhbəti yoxdur. Son bir ildir ki, Razini heç görmüsünüz? Razi bundan əvvəl Ziyanın evli olduğunu bilməyib.
Bir həftədir bilib ki, Ziya ailəlidir. Bunu biləndən sonra Razi ondan qaçıb. Bundan sonra Ziya Razinin anasının qapısına gəlsə də, qız deyir ki, bizim bir yerdə olmağımız artıq mümkün deyil. Oğlan da acığa düşüb, qızın foto və videolarını sosial şəbəkələrdə yayır. Mən Razi ilə çörək kəsmişəm. Biz yaxın rəfiqə olmamışıq. Razinin xətrini çox istəyirəm.
Özü ilə birgə Razini Amsterdama aparıb. Orada restoranların birində xoşaqəlməz şeylər edir. Gizlincə elə çəkir ki, guya bunu edən Razidir. Sabah da qız bundan ayrılsa onun haqqında əlində şantaj etmək üçün material olsun. Ayıb deyil? Guya indi nə oldu? Özünü biabır etdin, şəklin ortalığa çıxdı. Özünlə bərabər ailən də biabır oldu. Güya Raziyə nə oldu ki?
Raziyə başımla cavabdehəm. O qız həyatı boyu narkotik vasitələrinin yanına belə yaxınlaşmayıb. İnsanı döymək, əsarətdə saxlamaq, vuraraq göm-göy etmək, üzünü-gözünü dağıtmağa sənə kim haqq verib? Kiminsə dünyaya gətirdiyi övladın; sən necə belə döyə bilərsən? Kimi bu qədər döysələr, anasını və özünü şantaj etsələr qaçıb gedər də.