Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

DİN: Çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyətinin tənzimləməsi qarşıya məqsəd qoyulub

695
Paylaş:
DİN: Çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyətinin tənzimləməsi qarşıya məqsəd qoyulub

Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlərə baxan zaman görürük ki, daha çox müşahidə olunan hallar sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma halları, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır.

Pravda.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub: "Burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir".

Paylaş:

Ən son xəbərlər