Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sürücülər arasında yol vermək üstündə dava: Bir nəfər döyüldü - ANBAAN VİDEO

924
Paylaş:
Sürücülər arasında yol vermək üstündə dava: Bir nəfər döyüldü -       ANBAAN VİDEO

Bakıda parkinqdən çıxarkən iki sürücü arasında yaranan mübahisə sonradan dava ilə nəticələnib.

Hadisə Bakı Dəniz Vağzalının qarşısında baş verib. BAKU.WS-in redaksiyasına müraciət edən Baxşəliyev Bəşir 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Onun sözlərinə görə, arxadan gələn "Mercedes" markalı avtomobilə yol versə də sürücüsü onu təqib edib. Sonda avtomobili qarşıda saxlayarkən sürücü ilə yanaşı 3 nəfər B. Baxşəliyevə hücum çəkib.

İnsidentdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər