Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

"Sovet dövründə bizə "bazar adamları" deyirdilər" - Xalq artisti

1 136
Paylaş:
"Sovet dövründə bizə "bazar adamları" deyirdilər" -     Xalq artisti

"Gənclər həmişə zamana qarşı mübarizə aparır. Onlar  daha aktiv, müasir  həyat yaşamaq arzusundadılar. İş həyatlarını  qurmaq, yeni sahələrə yiyələnmək, incəsənət və mədəniyyətə daha dərindən bələd olmaq üçün  xaricə meyilli olurlar. Gələcəyini, həyatlarını istədikləri kimi qurmaq onların haqqıdır".

Bu fikirləri Faktmedia.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib:

"Gənclər  bilmədikləri işi  bilməyə, görmədiklərini görməyə çalışırlar. Azərbaycanda  da çalışıb uğurlu bir iş qurmaq olar. Bu gün Azərbaycanın  bir çox gəncləri var ki, dünyanın  elm mərkəzlərində böyük mövqelər qazanır. Bəziləri bunu mənfi tendensiya kimi də qəbul edir. Gənclərimiz niyə ölkədə yox, gedib xaricdə  uğurlu iş qururlar deyə düşünürlər. Amma bu məsələnin iki tərəfi var. Təbii ki, bir azərbaycanlı olaraq  gedib inkişaf etmiş sahələrdə ölkəmizi təmsil edirlər. Sovet vaxtlarında bizə ancaq "bazar adamları" deyirdilər. Amma indi Azərbaycan gəncləri NASA-da  aparıcı mütəxəssis kimi çalışırlar. Eyni zamanda Böyük Britaniyanın Nüvə Mərkəzində çox ciddi işləri həyata  keçirən Azərbaycanlı  gənclər var.  Bunun nəyi pisdir ki? Onlar orda dövlətimizin ruhunu, əksini təmsil edirlər", - deyə aktyor bildirib.

Paylaş:

Ən son xəbərlər