Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Zemfira Meftahətdinovanın yerinə TƏYİNAT

1 190
Paylaş:
Zemfira Meftahətdinovanın yerinə   TƏYİNAT

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Xatırlatma: Mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Qeyd: 1974-cü il təvəllüdlü tanınmış idmançı 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyib.  2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Nailiyyətlərinə görə 2008-ci ildə dövlət baçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təlitif edilib. Beynalxalq yarışlarda Azərbaycanı təmsil etmiş cüdoçu, uzun illər məşqçi kimi də fəaliyyət göstərib. Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər