Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutulub - FOTO

939
Paylaş:
Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutulub -     FOTO

Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Adil Rəsul oğlu Qədirov Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A.Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

A.Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər