Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı sürmüş və hal-hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.