Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

784
Paylaş:
26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlandı

İyunun 2-si saat 01 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Pravda.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Paylaş:

Ən son xəbərlər