Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev təqaüdə göndərilib. Komitə sədri Şahin Bağırovun digər əmri ilə gömrük xidməti polkovniki Pərviz Rəhimov həmin posta təyinat alıb. Bakupost.az –ın məlumatına görə, polkovnik P.Rəhimov azərbaycanlı milyarder, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yaxın qohumudur.
İlham Rəhimovun qohumuna yeni vəzifə verildi
Qeyd edək ki, P.Rəhimov bu təyinata qədər Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.
Vəzifədən azad edilən Rauf Rzayev isə Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşıdır.