Model Razi Əliyevanı döydüyü iddia olunan sevgilisi Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün polis tərəfindən Xətai Rayon Məhkəməsinə Z.Hüseynzadənin istintaq dövründə həbsdə saxlanılması ilə bağlı təqdimat daxil olub. Təqdimat hakim Sülhanə Hacıyeva tərəfindən əsaslı hesab olunaraq təmin edilib. Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə o da məlum olub ki, iş üzrə əlavə zərərçəkmişlər də var və Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221.1-ci (Xuliqanlıq) maddələrilə ittiham olunur.