Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Şaiq Məmmədov Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi təyin olunub.