Astroloq Tamara Qloba, nümayəndələri yayın əsas şanslısı olacaq bürcün adını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tale Buğa üçün bütün yay boyu uğurlar və şanslar dövrü hazırlayıb. Üstəlik, bürcün bəzi nümayəndələri üçün ağ zolaq ilin sonuna qədər davam edəcək. Tənha Buğaların sevgidə bəxti gətirəcək - güclü ittifaq qura biləcəkləri insanla görüşəcəklər. Kimin ailəsi varsa, ikinci yarıları ilə münasibətləri uyğunlaşdıra və yığılmış anlaşılmazlıqları və münaqişələri həll edə biləcəklər.