BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkətin borcu 1 milyon manatı ötdü - Rəhbəri ölkəni tərk edə bilməyəcək

Mingəçevirdə yerləşən "Azərkabel" Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə külli miqdarda vergi borcu yaranıb.

 

Pravda.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, nizamnamə kapitalı 868 min 904 manat, qanuni təmsilçisi Rufan Əliyev Bəhmən oğlu olan "Azərkabel"in 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 1 milyon 163 min 288 manat 40 qəpik vergi borcu var.

Dövlət Vergi Xidmətinin (DVX) 11 saylı Ərazi Vergilər Baş İdarəsinin müraciəti əsasında Şəki Kommersiya Məhkəməsində sözügedən şirkətin vergi borcunun ödənilməsi ilə bağlı qərar da verilib.

 

Qərara əsasən, "Azərkabel"in qanuni təmsilçisi Rufan Əliyevin ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Artıq "Azərkabel" ASC Şəki Apelyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Rövşən Rəfiyevin sədrliyi ilə abxılacaq.

 

Qeyd edək ki, kabellərin istehsalı üzrə ixtisaslaşmış "Azərkabel" ASC Mingəçevir şəhəri H.Əliyev prospekti 65 ünvanında yerləşir. 1959-cu ildən fəaliyyət göstərən müəssisə 2003-cü ilin sentyabr ayında 100%-i özəlləşdirilib. ASC müəmmalı səbəblərdən gəlirləri azalıb və 2019-cu ildən zərərlə işləməyə başlayıb. Təkcə ASC 2020-ci ili 11 min 609 manat xalis zərər ilə başa vurub.

Tarix: 5 İyun 2023, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin