BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Siyəzəndə icra nümayəndəsinin müavini dəniz sahilində keçinib.

 

Bizim.Media xəbər verir ki, hadisə bu gün Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində, sahildə qeydə alınıb.

 

Belə ki, Siyəzən İcra Hakimiyyəti başçısının Beşdam kənd icra nümayəndəsinin müavini, 46 yaşlı Cabbar Camal oğlu Cabbarovun dəniz kənarında meyiti tapılıb.

 

Onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Siyəzən Rayon Prokurorluğunda araşdırma başlanılıb.

 

 

Tarix: 5 İyun 2023, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin