5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib.
XİN-dən Pravda.az-a verilən xəbərə görə, Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteynin rəhbərlik etdiyi nümayəndə heyətində, həmçinin komitənin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner və komitənin üzvü Ram Ben Barak təmsil olunub.
Görüşdə, Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələr üzrə inkişaf edən əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasını məmnunluqla qeyd edib. Mart ayında İsrail Dövlətinə etdiyi rəsmi səfərə istinad edən nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlər, siyasi dialoq və sıx təmasların münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib.