Vladikavkazda insanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən sosial təcrid rejiminə etiraz olaraq icazəsiz mitinq keçiriblər.
Pravda.az-ın xəbərinə görə, şəhər əhalisi sosial izolyasiyaya etiraz edərək Vladikavkaz şəhərinin “Azadlıq” meydanına çıxarar icazəsiz mitinq keçiriblər. Aksiya keçirilən əraziyə çoxsaylı polis, Rusiya Qvardiya Qüvvələrinin döyüşçüləri və OMON cəlb olunub.