BURADA REKLAMINIZ OLA
BİLƏR

Universitet THY-dan 600 min manatlıq aviabilet alır

"Bakı Mühəndislik Universiteti" (BMU) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi Türk Hava Yolları Anonim Ortaqlığının Azərbaycan Nümayəndəliyi (VÖEN – 1300175211) olub.

BMU “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının INHA Universiteti arasında həyata keçirilən beynəlxalq İkili Diplom Proqramı çərçivəsində yerli Rəhbər komitə üzvlərinin, Proqram direktorunun, Proqram katibinin, Bakı Mühəndsilik Universitetinin yerli professor-müəllim heyətinin, Yay məktəbində təhsil alacaq tələbə və qrup-rəhbərlərinin, Koreya Respublikasında təhsil alacaq son kurs tələbələrinin Bakı (GYD) - İnçon (INC) arasındakı gediş-gəliş üçün aviabiletlərin satınalınması üçün THY-ya 576 min 300 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, BMU ötən il eyni məqsəd üçün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi tərəfdaşı olan “Europe Travel Assistance” MMC-yə  (VÖEN- 1302470941) 713 min 115 manat ödəyib.

Tarix: 5 İyun 2023, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin