Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən “Uber” şirkətinin fəaliyyətini qadağan edib.
“Uber”in fəaliyyəti qadağan edildi
İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Məhkəmə “Uber”in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən çirkətin saytına girişi bloklayıb./APA