Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub. Kulis.az xəbər verir ki, bu barədə şairin özü açıqlama verib. O bildirib ki, 1 həftə əvvəl gözündəki problem aradan qaldırılıb:
“Hazırda Bakıdayam. Gözüm 2 il yarım idi ki, tor kimi görürdü. Görmə qabiliyyətim zəifləmişdi. Sonra yaxşı bir həkimlə qarşılaşdım. Əməliyyatı elə icra etdi ki, heç ruhum da incimədi”.