Bakıda gözəllik salonunda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub.