Lənkəranda 37 yaşlı kişi iş yerində özünü asıb.
Hadisə səhər saatlarında şəhərdəki emalatxanada qeydə alınıb. Lənkəran rayonunun Göyşaban kənd sakini, 1986-cı il təvəllüdlü Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexində özünü asaraq intihar edib. İş yerinə gələn işçilər aidiyyəti orqanlara məlumat veriblər.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, E.Ağayev intihar edib.