Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

790
Paylaş:
Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

İyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib:

Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər