Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Əsədov Rusiyaya işgüzar səfər etdi

746
Paylaş:
Əli Əsədov Rusiyaya işgüzar səfər etdi

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetindən Pravda.az-a verilən xəbərə görə, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Paylaş:

Ən son xəbərlər