Xalq yazıçısı Çingiz Abdullayev onu tənqid edənlər barəsində danışıb.
Pravda.az-ın Söz.az-a istinadən xəbərinə görə, Xalq yazıçısı bildirib ki, bəzən edilən tənqidlərə görə, küçədə ondan üzr istənilir:
"Mənə biri deyib ki, xalqın 99 faizi səni sevir, 1 faizi sevmir. Bəzən axmaq sözlər çıxır. Bir dəfə yazmışdım ki, Türkiyədə olanda ağlayan uşaq gördüm, nəvəmə oxşayırdı. Mən ona su verdim. Ay allah nələr yazdılar. "Sən o qədər varlısan ki, su paylayırsan", "sən kimsən ki, su verirsən". Sonra camaat küçədə məni görəndə üzr istədi ki, Çingiz müəllim, bağışlayın. Azərbaycanda belə axmaq adamlar var. Biri yazır ki, ömrümdə bir cümlə Azərbaycan dilində danışa bilmir. Düzdür, Bakı ləhcəsi ilə danışıram, anam bakılıdır. Amma daha elə də yox da. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ tarixində ən gənc xalq yazıçısıyam. İlk dəfə 46 yaşında o adı mən almışam. Nəyi sübut etməliyəm? 14 ölkənin orden, medalı var məndə. 34 dildə kitablarımı tərcümə ediblər".